Haqqımızda

Xəzər dənizinə gözəl mənzərəli Dərya restoranında bir çox çeşiddə balıq məhsullarından hazırlanan yeməklər təklif olunur. Xəzər dənizinin nemətlərindən dadmaq istəyənlər bura üz tuta bilərlər.

“Dərya” restoranında sizi yüksək səviyyəli xidmət gözləyir. Peşəkar aşpazların böyük həssaslıqla hazırladığı yeməklər həm cibinizə uyğun olacaq, həm də keyfiyyətindən razı qalacaqsınız. Siz restoranda nəinki ləzzətlə səhər yeməyi yeyə, xoş tanışlar arasında nahar vaxtınızı keçirə bilərsiz, hətta təkrar olunmaz yeməklərlə və dənizə füsunkar mənzərə ilə birgə axşam restoranının ləzzətini çəkə bilərsiniz. Burada hər şey ləzzətlidir, hər kəs ürəyincə olan yeməyi təqdim olunan geniş menyudan tapa bilər. Yeməklərin gündəlik və təzə ərzaqlardan hazırlanmasına əmin ola bilərsiniz.

“Dərya” restoranı hər gün səhər saat 08:00-dan gecə saat 23:30-dək sizlərin ixtiyarınızdadır. Hər kəsi “Dərya” restoranında səbirsizliklə gözləyirik!